Ukraynanın Xarkov şəhərində baş verən raket hücumu nəticəsində azərbaycanlı tələbə Fatimə Hüseynova həyatını itirib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, Fatimə Hüseynova Xarkov Milli Tibb Universitetinin 6-cı kurs tələbəsi olub. O, Rusiyanın Xarkova endirdiyi raket zərbəsi nəticəsində həlak olub.
Faktla bağlı əlavə məlumat veriləcəyi gözlənilir.












