İran xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığında ABŞ ilə anlaşma memorandumu və onun icrasını müzakirə edib.
Gununsesi.info xəbər verir ki, danışıqlar İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi tərəfindən Fransa Prezidenti Emmanuel Makronun sözlərinə dair tənqidi açıqlamasından sonra baş tutub.
Qəribabadi Makronun Parisin Omanla birlikdə Hörmüz boğazında minatəmizləmə işləri apardığını bildirməsini tənqid edərək, boğazda minatəmizləmənin yalnız İranın məsuliyyəti olduğunu vurğulayıb.
Əraqçi ilə Barro bu məsələni də müzakirə edib. İran xarici işlər naziri məsələyə dair Tehranın yanaşmasını fransalı həmkarının diqqətinə çatdırıb.












