“Azəristilik”in sədri elə bir yalan danışdı ki…

  • By admin
  • 15 Aprel 2022 16:43

Azəristilik təchizat ASC-nin sədr vəzifəsini icra edən İlham Mirzəliyev ictimai tənqidlərə səbəbəb olan açıqlama verib.

Gununsesi.info “report”a  istinadən bildirir ki, İlham Mirzəliyev guya, əhalinin qiymət artımına hazır olduğunu deyib:

“Biz istehlakçılar arasında sorğu keçirib monitorinq aparmışıq. Tarifi 15 qəpikdən 22-25 qəpiyə qaldırmaq olar, əhali buna razıdır.

Bizim xarici ekspertlərlə görüşlərimiz olur. Onlar tariflərin artırılmasını təklif edir. Biz isə başqa yol seçmişik. Xidmətin keyfiyyətinin yüksəldilməsi, istilik haqlarının 100 % yığılması və xərclərin optimallaşdırılması ilə istilik təsərrüfatının normal fəaliyyətini təmin etmək istəyirik. Amma istilik təchizatı sosial yönümlü olduğu üçün tariflərin artırılması barədə müraciət etməmişik və artım gündəmdə deyil”.

Qeyd edək ki, Mirzəliyevin bu açıqlaması sosial

şəbəkələrdə onun sərt tənqid olunması ilə nəticələnib.

Gununsesi.info