Azərbaycan Hava Yolları Şirkətindən online bilet almaqda çətinliklər yaranıb
Bu barədə Gununsesi.info-ya müraciət edən vətəndaşların sözlərinə görə, 2 gündür ki, Rusiyada online qaydada bilet almaq imkansız olub.
Bunun əvəzində isə AZAL-ın bilet satışı ofislərinə üz tutan vətəndaşlar eyni istiqamətə biletin qiymətində kəskin fərq gördüklərini deyir.
Məsələ ilə bağlı AZAL-dan Gununsesi.info-ya bildirilib ki, bilet satışı ilə bağlı sistemdə hər hansısa bir problem yoxdur, Rusiya ərazisində bilet almaq istəyən vətəndaşlar valyuta seçimini rubl istisna olunmaqla, digər valyutalarla edə bilərlər.












