Azay Quliyev ATƏT PA-da Komitə sədri seçildi

Azərbaycan nümayəndə heyəti cari ilin 2-6 iyul tarixlərində Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın İllik Sessiyanda iştirakını davam etdirir.

Gununsesi.info xəbər verir ki, sessiya çərçivəsində İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin iclası çərçivəsində komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avtriya nümayəndə heyətinin üzvü David Stögmüller qeyd olunan vəzifəyə namizədliklərini irəli sürmüşdürlər.

Seçkidən öncə hər iki namizədə söz verildi. Çıxışında Azay Quliyev komitə sədri qismində ATƏT regionunda yaranmış iqtisadi çətinliklərə, ərzaq çatışmamzlığı, ətraf mühitin qorunması, enerji böhranı, xüsusə isə nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət ayıracağını bildirdi.

İclasın davamında gizli səsvermə keçirildi. Azərbaycan nümayəndə heyətətinin rəhbəri Azay Quliyev səs vermənin nəticələrinə görə ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri vəzifəsinə seçildi.

Xatırladaq ki, 2016-cı ildən vitse-prezident olan Azay Quliyevin səlahiyyyət müddəti cari ilin iyulun 6-da bitəcək. ATƏT PA-nın qaydalarına əsasən iki tam müddət üzrə (3+3 il) seçilən vitse-prezident növbəti dəfə namizədliyini irəli sürə bilməz.

Gununsesi.info