Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb

  • By Günel
  • 08 Dekabr 2024 22:48

Suriyanın devrilmiş lideri Bəşər Əsədin Moskvaya qaçdığı bildirilir.

Gununsesi.info xəbər verir ki, Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Moskvadadır və Rusiyadan sığınacaq alıb.

“Əsəd və onun ailə üzvləri humanitar mülahizələrə əsaslanaraq, Rusiyaya gəlib və onlara sığınacaq verilib”, – agentliyin həmsöhbəti bildirib.

Gununsesi.info