Bəs, Eldar Mahmudov? - PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 06 Fevral 2021 13:14

 

Azərbaycanın korrupsiya ilə məşğul olmuş  nazirləri, icra başçılarının həbsi ənənə halını alıb.

Artıq hansısa yüksək vəzifədə çalışmış şəxsinin qandallanması barədə  mediada yazılanlar böyük rezonansa səbəb olmur. 

Ancaq bu prosesə diqqət edərkən bir məqam gözdən yayınmır. 

Görəsən, cinayətkarlar təkcə həbs olunanlardımı? Təbii ki, yox!

Bu gün ölkədə həbs olunmalı o qədər adam var ki. Onlardan bir də cəmiyyətin həbs xəbərini böyük səbirsizliklə gözlədiyi sabiq MTN şefi Eldar Mahmudovdur.

Təsəvvür edin, tabeçiliyində olan və bir nazirliyin ali zabit heyətinə daxil olan 21 şəxs vəzifə cinayətlərinə görə, məhkum olunur amma onların başında duran Mahmudov azadlıqda sərbəst həyatını davam edir.

Əgər dorğudanda Azərbaycanda korrupsiya və vəzifəli şəxslərin qanunsuz əməllərinə qarşı mübarizədə prinsipiallıq varsa, o zaman Eldar Mahmudov da həbs olunmalıdır.

Bu gün onun ölkədən çıxardığı yüz milyonlarda vəsait ofşor zonalar vasitəsilə Avropada biznesə yatırılıb.

Eldar Mahmudovu və MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevi qoruyan əllər bu gün də onların ölkədəki biznesini toxunulmaz elan edib.

Prezident İlham Əliyevin MTN olayları zamanı “Nazirlikdə reket dəstələr yaratmışdılar” ifadəsi əsas idi ki, ölkənin Baş Prokurorluğu ciddi hərəkətə keçsin. Amma bu olmadı.

Hətta MTN cinayətlərindən zərər çəkən yüzlərlə sahibkarın şikayətləri ilə bağlı araşdırmalar Zakir Qaralov tərəfindən donduruldu.

Tam əminliklə söyləmək olar ki, Eldar Mahmudovun cinayət yolu ilə əldə etdikləri geri alınarsa, işğaldan azad edilən rayonların infrastruktur məsələlərini həll etmək olar.

Eyni fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə başçılıq etmiş məşhur biznesmen Füzuli Ələkbərovla bağlı da demək olar.

Pərviz Həşimli 

Gununsesi.info