Bəxtiyar Hacıyev Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qalır

  • By admin
  • 19 Fevral 2023 19:07

“İndicə Bəxtiyar Hacıyevlə danışdım. Güclə danışırdı. Saxlanma şəraitindən şikayət etdi. Bəxtiyar Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qalır”.

Gununsesi.info bildirir ki, bunu vəkil Zibeydə Zəkəriyeva deyib.

Onun sözlərinə görə, bir neçə nəzarətçi bütün günü otaqda ona nəzarət edir:
“Bəxtiyar yatanda televizoru yandırırlar və Bəxtiyarı oyadırlar. Bəxtiyar xahiş edir ki, TV söndürülüsün ki, yata bilsin, amma TV-ni söndürmürlər. Əksinə Bəxtiyarı oyadırlar ki, TV-də kinoya baxacaqlar. Pis rəftara görə BİT-ə qayıtmaq istəyir. Xahiş etdi ki, bu durumuyla bağlı PX-yə şikayət edim. Bəxtiyar quru aclığı davam etdirir

Bəxtiyar, həmçinin bildirdi ki, otağında olan nəzarətçilər onun yanında dönər yeyir, su və çay içirlər”.

Mətləb
Gununsesi.info