“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.
Gununsesi.info xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.
Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb. (Mənbə: Qaynarinfo)














