Bakının Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə Qara Qarayev prospektində baş verib.
1981-ci il təvəllüdlü İsmayılov Abbas İsfəndiyar oğlu yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Gununsesi.info