Bakı və İrəvan sülhə doğru irəliləməlidir - ABŞ-dan çağırış

  • By admin
  • 16 Fevral 2023 11:04

“Ermənistan və Azərbaycan gərginliyi azaltmalı, hərtərəfli və davamlı sülhə doğru irəliləməlidir”.

Gununsesi.info ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, belə bir bəyanatla qurumun sözçüsü Ned Prays mətbuat konfransı zamanı çıxış edib.

“Bizim həm Ermənistana, həm Azərbaycana, həm də bütün regiona mesajımız ondan ibarətdir ki, gərginliyi azaltmaq üçün bir yol tapmaq, hərtərəfli və davamlı sülh yoluna yenidən daxil olmaq lazımdır. Biz bu səylərdə ikitərəfli şəkildə iştirak etmişik, həm də çoxtərəfli səviyyədə bu səylərdə iştirak etmişik və işi irəli aparmaq üçün tərəflərlə birbaşa, eləcə də çoxtərəfli strukturlar və qruplar vasitəsilə əlimizdən gələni etməyə davam edəcəyik. Ümid edirik ki, digər ölkələr də eyni siqnalı verəcək”, – Prays bildirib.

“ABŞ Türkiyədəki zəlzələdən sonra İrəvan və Ankara arasında son təmasları alqışlayırmı?” sualına cavabında isə Ned Prays deyib ki, Vaşinqton dağıdıcı zəlzələlərdən sonra Türkiyə və Suriya xalqlarının yanında olan bütün dünya ölkələrini alqışlayır.

Gununsesi.info