Bakıda Azərbaycan mediasının durumu müzakirə edilir

  • By admin
  • 21 İyul 2022 15:50

Bu gün Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, konfransı giriş sözü ilə açan adıçəkilən agentliyin rəhbəri Əhməd İsmayılov 22 İyul- Milli Mətbuat Günü ərəfəsində bu tədbirin əhəmiyyətindən danışıb.
“Qərara aldıq ki, Milli Mətbuat Günü ərəfəsində müzakirələr aparaq. Bizim birlikdə olmağımız məhz media sahəsindəki islahatların daha uğurlu getməsinə tövhə verəcək. Burada
20 -dən artıq dövlətdən qonaq var. Hesab edirəm ki, bizim xarici ölkələrlə əməkdaşlığımız media subyeklərinin beynəlxalq əlaqələrinin yaranması baxımından da əhəmiyyətlidir”.
PA-nın QHT-lərlə İş və Kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova isə məruzə nitqində Azərbaycan mediasının durumuna toxunub.
Onun sözlərinə görə, dövlətin
müstəqil media siyasətində uğurlu nəticələrə nail olub:
“Maddi texniki bazanın taradılması yeni inkişaf perspektivləri üçün önəmli şərtdir ki, bunu da Azərbaycan dövləti edib.
Yeni dönəmdə milli maraqların üstünlüyü , qabaqcıl texnologiyanın tətbiqi , cəmiyyətin obyektiv məlumatlandırıması zəruriliyi medianın qarşısındakı əsas prioritet olmalıdır”.
Yeni Media qanunu haqqında danşan məruzəçi deyib ki, bu qanun informasiya məkanin təhlükəsizliyinə, jurnalist peşəsinin inkişafına xidmət edir”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Azərbaycan mətbuatının tarixinə nəzər salaraq, bildirib ki, mediamız ölkənin milli-mədəni sərvətidir.

Afət Abbasova
Gununsesi.info