Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - Video

  • Müəllif: Firuzə
  • 12 Noyabr 2025 10:11

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.