Bakının bəzi ərazilərində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 06 Yanvar 2026 10:26

Bu gün Bakının Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq.

Bu barədə Gununsesi.info -ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Xətai rayonunda görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və kənd Əhmədlinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Gununsesi.info