“Barselona” Messinin nömrəsini əbədiləşdirmək istəyir

İspaniyanın “Barselona” klubu komandadan ayrılan Lionel Messinin daşıdığı 10 nömrəli formanın sahibini müəyyənləşdirməlidir.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Əvvəl ehtimal edilirdi ki, “Barselona” 18 il bu formanı daşıyan argentinalı ulduza hörmət əlaməti olaraq onun çıxış etdiyi 10 nömrəni əbədiləşdirəcək.

Lakin La Liqanın qaydalarına əsasən hər bir klubun heyətindəki futbolçulara 1-dən 25-dək olan nömrələr mütləq təyin edilməlidir.

Deməli “Barselona”nın iştirak ərizəsində 10 nömrəli oyunçunun adını mütləq göstərilməlidir.