Baş Prokurorluq: Gəncədə ölənlərin sayı 9 nəfərə çatıb

  • By admin
  • 11 Oktyabr 2020 12:54

Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

 

 

 

Gununsesi.info