Misirin paytaxtı Qahirə yaxınlığında yerləşən Həsən Mustafa İdman Kompleksində tribunalarından birinin metal konstruksiyası çöküb. Hadisə nəticəsində azı 27 nəfər yaralanıb.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə idman kompleksində Əl-Əhli və Əl-İttihad komandaları arasında keçirilən basketbol oyunu zamanı baş verib.
Qeyd edək ki, sözügedən idman kompleksi 2020-ci ildə istifadəyə verilib.
Gununsesi.info