Bayden “erməni soyqırımı”nı tanıyacaq – ŞOK

  • By admin
  • 22 Aprel 2021 10:44

ABŞ Prezidenti Cozef Bayden “erməni soyqırımı”nı rəsmən tanımağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qeyd edək ki, Baydenin sələflərindən heç biri “erməni soyqırımı”nı tanımağa cəsarət etməyib. Buna səbəb Türkiyə ilə münasibətləri pisləşdirməmək istəyi olub.

Bu ilin martında ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Baydeni “erməni soyqırımı”nı tanımağa çağırmışdı.

Bayden özü senator olduğu müddət ərzində yunan və erməni diasporları ilə aktiv işləyib, erməni lobbisinin üzvü olub. O, Senatda ermənilərlə bağlı layihələrə müəlliflik və ya tərəfdarlıq edib.