Belarus Rusiyadan neft idxalını davam etdirir

  • By admin
  • 01 Sentyabr 2020 14:56

Belarus bu ay 1,6 milyon ton neft idxal etməyi planlaşdırır ki, bunun da 1,4 milyon tonu Rusiyanın payına düşəcək.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Belarusun “Belnextexim” konserninin mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiyanın “Transneft” boru kəmərinin rəsmi nümayəndəsi İqor Demin Rusiyanın sentyabrda Belarusa 1,45 milyon ton neft tədarük etməyi planlaşdırdığını söyləyib. Bu rəqəm avqustda 1,1 milyon tona yaxın olub.

 

Gununsesi.info