Belqrad–Bakı arasında birbaşa uçuşlara başlayır - Bilet qiymətləri

Serbiyanın “Air Serbia” aviaşirkəti Belqrad–Bakı arasında birbaşa uçuşlara başlayır.

Gununsesi.info xəbər verir ki, aviaşirkət mayın 3-dən etibarən Belqrad və Bakı arasında birbaşa uçuşlar həyata keçirəcək.

Bilet qiymətləri Bakıdan Belqrada və əks istiqamətə bilet qiymətləri 320 manatdan başlayır.

Qeyd edək ki, uçuş müddəti təxminən 3 saat 35 dəqiqədir.

Gununsesi.info