Beyləqanda bir nəfərin kanalda bataraq ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Gununsesi.info xəbər verir ki, Əhmədov Amin Zamir oğlu avqustun 6-da Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisindən keçən beton kanalda çimərkən suda boğulub.
Hazırda onun meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.












