Blinkenden sensasion açıqlama - Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni "qarışdırmağa” cəhd edə bilər

  • By admin
  • 14 Sentyabr 2022 17:16

ABŞ Dövlət katibi Əliyev və Paşinyanla söhbətində hərbi əməliyyatlardan dərin narahatlığını ifadə edib “ABŞ narahatdır ki, Rusiya diqqəti Ukraynadan yayındırmaq üçün Azərbaycan və Ermənistan arasında münaqişəni “qarışdırmağa” cəhd edə bilər”.

Bu açıqlamanı sentyabrın 13-də ABŞ dövlət katibi Entoni Blinken deyib.

Məlumatı “Turan” yayıb. Onun sözlərinə görə, Rusiya regiondakı nüfuzundan “vəziyyəti sakitləşdirmək” üçün də istifadə edə bilər: “Rusiyanın diqqəti hansısa yolla Ukraynadan yayındırmağa çalışıb, yayındırmaması bizi həmişə narahat edən məsələdir”.

Gununsesi.info