Xəbər verdiyimiz kimi, bu gün ABŞ və İsrail İrana qarşı zərbələr endirib.
İran tərəfi zərbələrə qarşılıq verib və hazırda hərbi əməliyyatlar davam edir.
Bundan əvvəl ABŞ və İran arasında danışıqlar zamanı müsbət nəticələr əldə olunsa da, məsələlərin həlli hələlik bu istiqamətdədir.
Sözügedən hücumlarla bağlı siyasi şərhçi Elçin Rüstəmli Gununsesi.info-ya danışıb.
O bildirib ki, Cenevrədə ABŞ və İran arasında keçirilən danışıqlarda pozitiv nəticə əldə olunmuşdu. İran nüvə obyektlərini sökməyə razılaşmışdı, digər mövzular ətrafında 1-2 martda MAQATE-nin baş ofsinin yerləşdiyi Vyanada müzakirələr davam etdirilməli idi.
Səhər xəbər yayılıb ki, İsrail aviasiyası Tehrana zərbələr endirir:
Elçin Rüstəmli eyni zamanda deyib:
“Aşkar görünür ki, İsrail Birləşmiş Ştatları bu müharibəyə sürükləyir, bunun üçün Trampa qarşı bütün vasitələrdən istifadə edir. Bölgədə irimiqyaslı müharibə İsraildən başqa heç kimə lazım deyil. Ölüm, qan, iqtisadi çöküş, milyonluq qaçqınlar…
Əlbəttə, İranda antiinsani rejim dəyişməlidir, amma bunun yolu tammiqyaslı müharibə deyil. İsrailin dərdi də iranlıların teokratik rejim tıərəfindən əzilməsi yox, geosiyasi maraqlardı. Amerikanı da dünya hegemoniyasını möhkəmləndirmək üçün İranın təbii resursları maraqlandırır, amma bir az qorxur ki, Rusiyanın Ukraynada düşdüyü vəziyyətə düşər. Görək necə olacaq, Tanrı millətimizi qorusun”.












