Braziliyanın Səhiyyə naziri koronavirusa yoluxdu

  • By admin
  • 21 Oktyabr 2020 21:40

Həkimlər Braziliyanın Səhiyyə Naziri Eduardo Pazuelloda COVID-19 testinin cavabının pozitiv çıxdığını açıqlayıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə “Estadao” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bu məlumatı nazirin köməkçisi də təsdiqləyib.

Pazuellonun karantinə getdiyi qeyd olunur.

Bundan əvvəl Almaniyanın Səhiyyə Naziri Yens Şpahn da COVID-19-a qarşı verdiyi testlər müsbət nəticəsini vermişdi.

 

 

Gununsesi.info