Britaniya kəşfiyyatı rus qoşunlarının yerləşdiyi əraziləri müəyyən edib

  • By admin
  • 10 Aprel 2022 12:22

“Rusiyanın Ukraynadakı müharibəsində əsas məqsəd Krım və Donbas arasında quru dəhlizinin açılması olub”.

Gununsesi.info xəbər verir ki, bunu Britaniya kəşfiyyatı açıqlayıb.

“Bu cəhdlər hələ də Ukraynanın müqaviməti ilə üzləşir. Rusiya qoşunları Donbas, Mariupol və Nikolayevdə cəmləşib. Rusiya Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Ukrayna ərazisinə qanadlı raketlərin buraxılışı davam edir. Ukraynanın cənub və şərqində Rusiya aviasiyasının fəaliyyətinin artacağı gözlənilir”, – Britaniya kəşfiyyatından bildiriblər.

Gununsesi.info