Bu ərazini Azərbaycan hüquq və siyasi məkanına qaytarmaq lazımdır - HÜQUQŞÜNAS SİMONYANIN BƏYANATINI ŞƏRH EDİR

  • By admin
  • 12 Yanvar 2023 20:27
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında Ermənistanın  Azərbaycanla Laçın dəhlizinin açılmasına dair danışıqlarda iştirak etməməli olduğunu deyib: ” Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın Laçın dəhlizinə aid hissəsində tərəf deyil. Artsax hakimiyyətinin Azərbaycanla bilavasitə danışıqlar aparmaq imkanı var, onlar bu problem ilə məşğuldurlar, Ermənistan isə Artsaxın istənilən qərarını dəstəkləyəcək”.
Hüquqşünas Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, Ermənistan hakimiyyəti Laçın dəhlizi ilə bağlı yaxasını kənara çəkir: “Birincisi, onlar son 30 ildə həmişə danışıqların Azərbaycan hakimiyyəti ilə qondarma qurum arasında aparılmasına çalışıblar ki, sonuncunu beynəlxalq hüquq subyekti kimi təqdim etsinlər. Bu, bizim üçün yolverilməzdir.
İkincisi, Ermənistan hakimiyyətinin bu mövqeyini belə qiymətləndirə bilərik ki, Laçın dəhlizinin mövcudluğu, statusu, ondan istifadə qaydası Azərbaycan tərəfinin mülahizəsinə verilir. Çox gözəl! Bu yanaşmadan bəhrələnmək lazımdır – tədricən ərazisini Azərbaycan hüquq və siyasi məkanına qaytarmaq lazımdır. Sual olunur: Azərbaycan hakimiyyəti bu fürsətdən istifadə etmək üçün kifayət qədər mütəhərrikdirmi? Bu artıq başqa mövzunun söhbətidir”.
Mais 
Gununsesi.info