Bu gün Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XVI Zirvə toplantısı keçiriləcək.
Gununsesi.info xəbər verir ki, tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyə dövlət və hökumət başçılarının iştirakı gözlənilir.
Gündəliyə uyğun olaraq, ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi və bu çoxtərəfli strukturun fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə baxılacaq.
Sammitin proqramı çərçivəsində Özbəkistan lideri bir sıra ikitərəfli görüşlər keçirəcək.
Xatırtladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gedib.
Qeyd edək ki, tədbirin keçirilməsi barədə razılıq İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin XİN başçıları Şurasının oktyabrın 10-da Şuşa şəhərində keçirilmiş 27-ci iclasında əldə olunub.