Bu ilin ilk günəş tutulması bu tarixdə olacaq

  • By admin
  • 10 Aprel 2023 09:05

2023-cü ilin ilk Günəş tutulması aprelin 20-də qeydə alınacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu tutulma hibrid Günəş tutulması olacaq.

Bildirilib ki, tutulma hadisəsi aprelin 20-də Bakı vaxtı ilə saat 05:34:22-də başlayacaq və 10:59:18-də sona çatacaq. Tutulma hadisəsi 5 saat 25 dəqiqə davam edəcək.

Tutulmanın maksimumu 08:16:49-da olacaq. Tam tutulma hadisəsi isə 06:36:56-da başlayacaq və saat 09:56:36-da qurtaracaq. Tam tutulma prosesi 3 saat 19 dəqiqə 40 saniyə davam edəcək. Tutulma hadisəsi Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı, Antarktidada müşahidə olunacaq. Tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2023-cü ilin 2-ci Günəş tutulması isə oktyabrın 14-də baş verəcək.

Gununsesi.info