Bu ölkə peyğəmbəri təhqir edən Fransa jurnalının yayımını qadağan etdi

  • By admin
  • 09 Mart 2024 14:36

Fransanın həftəlik “Marianne” jurnalının İslam peyğəmbəri Hz.Məhəmmədə (s) qarşı təhqiramiz karikaturaların yer aldığı son nömrəsinin Mərakeşdə yayılmasının qarşısının alındığı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Mərakeş hökumətinin rəsmisi qeyd edib ki, “qadağa “Marianne” jurnalının 29 fevral tarixli sonuncu sayına qoyulub”.

“Sözügedən jurnalın nömrəsi Məhəmməd peyğəmbəri təhqir edən karikaturalardan ibarət olduğu üçün Mərakeşin bütün bölgələrində yayılmasına icazə verilməyəcək”, – Mərakeş rəsmisi bildirib.

Fransa və digər Qərb ölkələrinin jurnal və qəzetləri bəzən ifadə azadlığı bəhanəsi ilə Məhəmməd peyğəmbər haqqında təhqiramiz karikaturalar dərc edərək İslam dünyasında qadağalara və etirazlara səbəb olur.

Gununsesi.info