“Bu silahlı hücum məni çox kədərləndirdi”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir öz tviter hesabında paylaşım edib.

“Bir neçə ay əvvəl Fazil Mustafa ilə tanış olmaq imkanım olmuşdu. Dünən axşam ona qarşı baş verən silahlı hücum məni çox kədərləndirdi. Bu hadisəni şiddətli şəkildə qınayır və onun tezliklə sağalmasını arzulayıram”, – səfir qeyd edib.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə “Kalaşnikov” avtomatından çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

 

Gununsesi.info