Qazaxıstan hökuməti istefaya göndərildi

Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. 

Gununsesi.info “Tengrinews.kz”ə istinadən xəbər verir ki, bu gün VIII çağırış Məclisin ilk iclasının açılışında Alixan Smailovun Nazirlər Kabineti yeni seçilmiş Məclis qarşısında istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.

 

Gununsesi.info