“Bütün dünyanı Ermənistanın şərəfsiz əməllərini pisləməyə çağırırıq” - HİKMƏT HACIYEV

  • By admin
  • 11 Oktyabr 2020 13:34

Ermənistan yalvarışlar edərək humanitar əsaslarla atəşkəs istədi. Lakin daha sonra insanlıq əleyhinə olan bu cinayəti törətdi. Humanitar atəşkəsin ardından “Toçka U” raket sistemindən istifadə edərək insanların sıx yaşadığı Gəncə şəhərini atəşə tutub.

Gununsesi.info xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisə nəticəsində 9 nəfər mülki şəxs həlak olub:

“30-dan artıq mülki şəxs ağır yaralanıb. Ermənistanın törətdiyi bu genosid aktı Xocalı hadisələrindən başlayır. Biz bütün dünya ictimaiyyətini Ermənistanın bu çirkin, mənəviyyatsız, şərəfsiz əməllərini pisləməyə çağırırıq”.

 

Gununsesi.info