Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2026 10:27

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanda bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsini nəzərdə tutub.

Bu barədə Gununsesi.info-ya Fonddan məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

Gununsesi.info