Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir - RƏSMİ

  • By admin
  • 07 Oktyabr 2020 10:35

Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya
bildirilib ki, Cəbrayıl istiqamətində ordumuz tam üstünlüyə malikdir:

“Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır. Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

Gununsesi.info