Cəlilabadda yararsız işıq dirəkləri taxılların yanmasına səbəb olur? – FOTO

  • By admin
  • 02 İyun 2021 16:00

Cəlilabad rayonunda köhnə elektrik dirəkləri təhlükə saçır.

Gununsesi.info xəbər verir ki, bu barədə Oxu.Az-a rayonun Ədişə kənd sakin sakinlərindən şikayət daxil olub.

Kənd sakinləri iddia edirlər ki, elektrik dirəkləri qırılaraq taxıl zəmisinə düşür:

“Hər dəfə qırılıb düşür yerə, yüksək gərginlikli elektrik naqilləri taxılın yanmasına səbəb olur. Dəfələrlə müraciət etmişik, amma məsələyə baxmırlar. Axırda ev-eşik də yanacaq. Çarəsiz vəziyyətdə qalmışıq”.