Cavid Qurbanov Gəncədə həmyerlisi olan şəhid ailələləri və qazilərlə görüşüb -FOTOLAR

  • By admin
  • 21 Oktyabr 2022 08:26

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, Kəlbəcərin sabiq deputatı Cavid Qurbanov Gəncədə səfərdə olub.

Gununsesi.info -nun xəbərin görə, əvvəlcə mərhum prezident Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini və Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət edən Qurbanov tədbirdə geniş nitq söyləyib.

YAP-ın qurulmasının 30 illiyi ilə bağlı təşkil olunan tədbirə qatılan Qurbanov geniş nitq söyləyib.

Cavid Qurbanov qeyd edib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur:”Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün qələbələr salnaməsinə daha bir möhtəşəm səhifə əlavə edərək tarixi Zəfər qazandı. Bu zəfər qətiyyətli sərkərdənin “dəmir yumruğ”u, qüdrətli ordunun şücaəti, xalqın liderinə sarsılmaz inamı sayəsində reallaşdı”.

Tədbir çərçivəsində, həmçinin şəhid ailələri və qazilərlə görüşən Cavid Qurbanov onların problemləri ilə maraqlanıb.

 

Günay Təhməzova

Gununsesi.info