Çavuşoğlu müxalifətin Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatlarını tənqid etdi

  • By admin
  • 07 May 2023 16:21

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkənin müxalifət qüvvələrinin Rusiyaya qarşı sanksiyalara qoşulmasının zəruriliyi ilə bağlı bəyanatlarını tənqid edib.

Gununsesi.info xəbər verir ki, xarici işlər naziri “Habertürk”ə müsahibəsində belə tədbirləri riskli adlandırıb.

“Bu bəyanatlar daxili iqtisadiyyat və enerji üçün çox risklidir. Bunu anlamaq lazımdır”, – Çavuşoğlu bildirib.