
Pekin Vaşinqtonu, rəqabəti əməkdaşlığa dəyişməyə çağırıb. Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXK) sessiyası başa çatıb və orada üçüncü müddətə yenidən seçilən Çin sədri Si Tszinpin bazar ertəsi çıxış edib. Çin liderinin tezislərini ilk mətbuat konfransında Çin Xalq Respublikası Dövlət Şurasının yeni Baş naziri Li Tsyan hazırlayıb.
Çin liderləri ABŞ-ı təzyiqləri azaltmağa və müdaxilə etməməyə çağırıb. Eyni zamanda xəbərdarlıq ediblər: ÇXR xarici müdaxilələrə qarşı durmağa qadirdir. Bunun fonunda Pekin dünyanın müxtəlif regionlarında diplomatik hücumu inkişaf etdirməkdə davam edir.
Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir. “Biz açıq siyəsətin gücləndirilməsini qətiyyətlə həyata keçirməli, qlobal resurslardan və bazarlardan fəal istifadə etməliyik. Çin digər ölkələrin inkişafına kömək etməlidir,”- deyən Si Cinpin dinc inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq bayrağını yüksək tutmağa və “qlobal idarəetmə sisteminin islahatında və formalaşmasında fəal iştirak etməyə” çağıraraq dinc genişlənmə proqramını formalaşdırıb. Bazar ertəsi günü “The Wall Street Journal” Çinin xarici siyasət hücumu mövzusunu davam etdirib. Qəzet diplomatik mənbələrə istinadən yazıb ki, Si Tszinpin gələn həftə Moskvaya səfəri nəzərdə tutulub.
Bundan əlavə Rusiya prezidenti Vladimir Putinlə görüşmək və bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə videokonfrans danışıqları aparmaq niyyətində olduğu deyilib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Si Cinpin Rusiyaya səfərlə yanaşı, bir sıra Avropa ölkələrinə də səfər etmək niyyətindədir, baxmayaraq ki, “səfərin tam marşrutu təsdiqlənməyib”. Eyni zamanda, planlaşdırılan təmaslar Pekinin Ukraynada nizamlanmada vasitəçi kimi daha fəal rol oynamaq istəyini əks etdirir.
Tərcümə:
Adil ELXANOĞLU
Gununsesi.info