Dağıstanda çadra qadağan olundu

  • By admin
  • 03 İyul 2024 17:14

Rusiya Dağıstan Muxtar Respublikasının Müftiliyi iyunun 23-də bölgədə baş verən silahlı hücumlardan sonra təhlükəsizlik tədbirləri çərçivəsində bu gündən etibarən hicab taxmağı müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Dağıstan Muxtar Respublikasının Müftiliyi  Telegram mesajlaşma tətbiqi vasitəsilə yaydığı bəyanatda bildirib.

Açıqlamada deyilir: “Mövcud təhlükələr aradan qaldırılana qədər örtük taxmağa müvəqqəti qadağa qoyulub”.

Müftilik qadağanın “müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər” qüvvədə qalacağını vurğulayıb.

 

Afət Abbasova

Gununsesi.info