Dayanacaqda parklanma edən maşın İraq Səfirliyinə məxsusdur

  • By Ayshan
  • 13 Noyabr 2025 19:22

Xəbər verdiyimiz kimi,Bakıda səfirlik avtomobilinin avtobus dayanacağı və velosiped zolağında qaydaları pozmasına dair foto yayılıb.

İlkin məlumatlarda avtomobilin güya Böyük Britaniya səfirliyinə məxsus olduğu bildirilsə də, Gununsesi.info-nun araşdırması nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsi əslində İraqın Azərbaycandakı səfirliyinə aiddir.

Qeyd edək ki,İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycanda avtobus zolaqları və velosiped yollarından digər nəqliyyat vasitələrinin qanunsuz istifadə etməsinə görə, inzibati xətaların hər biri 100 manat cərimə və əlavə olaraq 2 balla qiymətləndirilir.

Eyni zamanda avtobus dayanacağının zəbt edilməsinə görə cərimə məbləği 40 manatdır. Bu, avtobus (və ya trolleybus, tramvay) dayanacağında və ya (5.12,5.13) yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması hallarında tətbiq edilir.

Gununsesi.info