Deputat: “Millətin 99,9 faizi Rusiya sülhməramlılarının torpaqlarımızdan getməsini istəyir”

Rusiyanın Azərbaycanla işləmək üçün görəvləndirilən ekspertlərindən biri bizim hansısa sayta verdiyi açıqlamada deyir ki, Qarabağdakı müvəqqəti hərbi kontingentlərinin oradan çıxarılmasına indi nə haylar hazırdır, nə də biz. Cəfəngiyatdır.

Bizdə millətin 99,9 faizi Rusiya hərbi kontingentinin 2025-ci ildə də yox, elə bu gün torpaqlarımızdan getməsi tərəfdardır.

Haylar deyərkən əgər Qarabağda yaşayanlar nəzərdə tutulursa, separatçı rejimin başında duranlar və əli azərbaycanlıların qanına batan terrorçu ünsürləri çıxmaqla əminəm ki, onların da çoxu bunun nə qədər mümkündürsə, o qədər tez baş verməsini arzulayırlar. Çünki gözəl bilirlər ki, Azərbaycana reinteqrasiya olunduqları halda indikindən daha rahat və təhlükəsiz yaşayacaqlar.

Gununsesi.info