Nazirdən təhsil sahəsində çalışan 200 min qadına mesaj -FOTO

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür.

Gununsesi.info xəbər verir ki, bu münasibətlə elm və təhsil naziri Emin Əmrullayev adından təhsil sahəsində çalışan 200 min qadına təbrik mesajı göndərilib.

“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, cansağlığı, səadət və müqəddəs peşə fəaliyyətinizdə uğurlar arzulayıram”, – deyə SMS-də qeyd olunur.