Deputat qardaşının vəfatından yazdı

  • By admin
  • 28 İyul 2022 22:55

Əziz dostlar,
Ömür boyu çox şeylər itirilir və çox şeylər qazanılır. İtkilərin demək olar ki hamısını yenidən qazanmaq və bərpa etmək mümkündür. Tək insan itkisindən başqa.

Yaxın və doğmalarını itirmək çox ağırdır, amma labüddür.

Bu labüdlüklə hər kəs barışmalı olur. Gec və ya tez. Bu qaçılmazdır, nə qədər inanmaq istəməsək də. Mən də inanmaq istəmirəm, amma acı reallıq göz qabağındadır. Saatlar öncə ata evimizdə birlikdə olduğumuz qardaşım bir göz qırpımında həyatı və bütün doğmalarını tərk edib haqq dünyasına qovuşdu.
Mənə və bütün ailəmizə üz vermiş bu ağır itki ilə bağlı göndərdiyiniz səmimi başsağlığı mesajlarınıza görə hamınıza dərin minnətdarlığımı bildirirəm. Sizlərə və doğmalarınıza möhkəm can sağlığı arzulayıram.

Hər zaman sevdiklərinizlə birgə xoşbəxt olasınız!

 

Cavanşir Feyziyev