Deputat quru sərhədlərin açılmasına qarşı çıxır

  • By admin
  • 26 May 2022 15:59

Azərbaycanın qonşu dövlətlərlə quru sərhədi açmasına çağrışların olmasına qarşı çıxanlar da var .

Gununsesi.info bildirir ki, belə şəxslərdən biri də Fəzail Ağamalıdır.

Deputat deyib ki, yoluxmanın azalmasına arxayın olub tez-tələsik quru sərhədləri açmağa ehtiyac yoxdur”.

O ,  qeyd edib ki, bu məsələlərdə Operativ Qərargahın qərarlarını gözləmək lazımdır: “Bu məsələlərə səlahiyyət sahibi Operativ Qərargahdır. Operativ Qərargah da kifayət qədər peşəkar fəaliyyətini ortaya qoyub. Onun çıxarmış olduğu qərarlar, verdiyi tövsiyələr hər zaman özünü doğruldub. Ona görə də, darıxmadan onun tövsiyəsini və atacağı addımları gözləmək lazımdır”.

Deputatın sözlərinə görə, pandemiya hələ bitmədiyi üçün bu cür qərarlar verərkən diqqətli olmaq lazımdır: “Pandemiyada hələ də davam edir, yoluxma qalxır-enir. Bu günlərdə yenə də az da olsa, yoluxanların sayı artdı. Ətrafımızda o proseslər gedir, yoluxmaların sayı çoxalır, dünyada hələ qalır, aradan qalxmayıb. Bu məsələdə çox diqqətli olmalıyıq. İndiyədək gətirib bu səviyyəyə çatdırmışıq, yoluxmanın aradan qaldırılması imkanlarına malikik. Amma buna arxayın olub, ehtiyac olmadan tez quru sərhədləri açmağa ehtiyac yoxdur. Mənə elə gəlir ki, bu məsələlər Operativ Qərargah səviyyəsində yüksək peşəkarlıqla təhlil olunur, sonra nəticə çıxarılaraq addımlar atılır.

Xalqımıza da müraciətim xahişim, tövsiyəm odur ki, Operativ Qərargahın qərarlarına hörmətlə yanaşaq və onu gözləyək”.

Gülnar Məmmədli

Gununsesi.info