DİM-dən buraxılış imtahanlarının vaxtı ilə bağlı yayılan xəbərlərə münasibət

  • Müəllif: Firuzə
  • 21 Yanvar 2026 22:37

Sosial media platformalarında buraxılış imtahanları ilə bağlı məlumat əks etdirən poster DİM-in əvvəlki illərə aid, köhnə posterlərindəndir.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan tarixləri məlum olanda Dövlət İmtahan Mərkəzi elan edir.

“DİM-in sosial şəbəkə hesablarında və saytında bununla bağlı rəsmi məlumat paylaşılır”, məlumatda vurğulanıb.

Qeyd edək ki, sosial mediada, qrup və səhifələrdə buraxılış imtahanlarının tarixlərini əks etdirən DİM loqolu poster yayılıb.

Gununsesi.info