Dünya iqtisadiyyatının inkişafında din və buna uyğun bir sıra məhdudiyyətlər iqtisadi inkişafın qarşısında buxova çevrilib. Bu problem vətənimiz Azərbaycan şəraitində daha böyük problemlər yaratdığına görə bu problemin araşdırılması üzrə uzun müddətdir ki, tədqiqat aparıram. Bu problem alimlər tərəfindəntarixən geniş tədqiq olunur və demək olar ki, bütün tədqiqatlarda eyni nəticələr təsdiq olunur.
Bizim tədqiqatlar əsasən islam dünyasında və xüsusilə də, Türk xalqlarında dindarlıqla iqtisadi inişaf arasında korelyasiyanın açılmasına həsr olunmuşdur, daha dərinləşməkdə davam edir. Hazırda korrelyasiyanın təsdiqi üçün riyazi model hazırlanır. İlkin nəticələr bir sıra qanunauyğunlauqların müəyyən olunmasına imkan yaratmışdır:
1. Dindarlıq səviyyəsi ilə ümumi iqtisadi inkişaf səviyyəsi tərs mütənasib asılılıqdadır. Bir mənalı şəkildə, müstəsnasız bütün inkişaf etmiş ölkələrdə əhalinin dindarlıq səviyyasi aşağıdır, həmçinin dindarlıq səviyyəsi yüksəldikcə, inkişaf geriləyir. . Əksinə, indarlıq səviyyəsi düşdükcə, iqtisadi və elmi texnoloji inkişaf səviyyəsi yüksəlir. Cədvəl 1-in məlumatları bu və bundan sonar əldə olunan qanunauyğunluqları tamamilə təsdiqləyir. Cədvəlin birinci hissəsində dindarlıq səviyyəsi (WIN/Gallup International şırkətinin tədqiqatları) ən az olan 10 ölkənin göstəriciləri verilmişdir. Bu ölkələrdə, ümumi əhalinin tərkibində inanclı insanların payı maksimum 30%-I keçmir. Deməli idarəetmənin nəzarət paketi ateistlərin əlindədir. Amma, bu qrup ölkələrhamısı iqtisadi inkişaf səviyyəsinə görə dünyanın ən inkişaf etmiş və ya ən sürətli inkişafa malik olan ölkələrdir. Eyni meyl bu ölkələrin inkişaf dinamikası üzrə də müşaiət olunur. Dindarlıq səviyyəsi endikcə iqtisadi inkişaf sürətlənir.
2. Cədvəlin ikinci hissəsində keçmiş Sovet ölkələri və bir-biri ilə müharibə səviyyəsində olan dörd ölkənin göstəriciləri əks olunmuşdur. Eyni qanunauyğunluğun bu ölkələrdə də özünü təzahür etdirdiyi rəqəmlərdən açıq göstərir. Amma, buradan başqa bir nəticə hiss etmək mümkündür. Belə ki, bu ölkələrin yaxın dövrlərə qədər tam ateizm təsiri altında olduğunu nəzərə alsaq, başqa nəticələrin üzə çıxacağına ümid etmək olardı. Amma, burada üç ölkədə, xüsusilə də, Ermənistanda dindarlığın qatı radikallıq səviyyəsinə qalxdığını görürük (Ermənistanda əhalinin 93%-I dindar kəsimdən ibarətdir, dindarlıq səviyyəsi İrandan, Benindən, Mozambikdən xeyli yüksəkdir). Həm də Ermənistanda qatı dini radikalizm öz iqtisadi inkişafını çökdürməklə yanaşı, ətraf ölkələrə də böyük zərər yetirmişdir. Ermənistan şəraitində qatı dindarlıq radikalizmi həm də ciddi milli şövinizm, nasizm radikallığı yaratmışdır. Bu ölkədə Zimbave, Benin, Zambiya səviyyəsində mononasional bir toplum formalaşdırılmışdır. Əhalinin 98%-I erməni soyludur. Belə milli radikalizm dini radikalizmdən də daha təhlükəlidir, bu həm də tibbi nöqteyi nəzərdən də millətin formalaşmasına və gələcəyinə böyük təhlükə törədir. Hazırda Rusiyada nasional faşizmin formalaşması, Rusiyanın dünyanı dağıdacaq bir fəlakətə başlaması dini radikalizmlə birbaşa əlaqədardır (70%). Ukraynada da yüksən dini radikalizmin yer alması (73%) bu gün ölkədə ağır dağıntılarda az rol oynamamışdır, hər iki ölkədə dini radikalizm milli radikalizm ilə müşahidə olunmuşdur. Həm də göründüyü kimi, hər üç ölkənin gələcək inkişafı perspektivləri böyük təhlükə altına düşmüşdür, hər hansı yaxşı bir meyl gözlənilmir. Müstəsnalıq təşkil edən yalnız Azərbaycandır. Dindarlığın zərərsizləşdirilməsi göstəricisinə görə Azərbaycanın göstəricisi ən inkişaf etmiş ğlkələr səviyyəsindədir, ölkə əhalisinin tərkibində dindar kəsimin payı cəmi 34%-dir. Bu göstəriciyə görə Azərbaycan müsəlman ölkələri içərisində birinci yeri tutaraq, Almaniya, Avstraliya, İsrail, Yeni Zelandiya kimi ölkələrlə eyni qrupda yer alır. Lakin, bu müstəsna üstünlüyü başqa inkişaf etmiş ölkələrdən fərqli olaraq iqtisadiyyatın və tam olaraq elmin sürətli inkişafı traektoriyasına sala bilmir, amma bu üstünlük gəlcəyə böyük ümid verir, son illərin hadisələri belə ümidi doğrultmaqda davam edir. Buna baxmayaraq həmin ümumi qanunauyğunluq bütövlükdə nisbi olaraq Azərbaycanda da özünü doğruldur.
Cədvəlin üçüncü bölümündə top ən yüksək dindar ölkələrin siyahası və göstəriciləri verilmişdir. Bu ölkələrdə inanclı əhalinin payı ən yüksək səviyyədədir (97-99%), eyni zamanda iqtisadi inkişaf ən aşağı səviyyəyə enmişdir, iqtisadi inkişafın ən başlıca amili İQ (intelligence quotient) əmsalı da ən aşağı səviyyədədir. Bununla bərabər qeyd etmək lazımdır ki, bütün ölkələrdə eyni qanunauyğunluqlar tam gücü ilə işləyir, hər hansı müstəsnalıq demək olar ki, yox dərəcəsindədir.
3. Göstərilən məlumatların sistemləşdirilməsi və emalından meydana çıxan digər qanunauyğunluq da birinci qanunauyğunluqla əlaqədardır: Dindarlıq səviyyəsi ölkələrin və insanların təhsil və elm səviyyəsi, qısa olaraq intellekt əmsalı ilə tərs mütənasib asılılıqdadır. Dindarlıq səviyyəsi yüksəldikcə intellekt əmsalı düşür, əksinə əhali içərisində inanclı insanların payı azaldıqca intellekt əmsalı yüksəlir. İQ indeksi vacib bir amil kimi təhlil olunmuşdur. Artıq İqtisadi inkişafla İQ əmsalı arasında düzgün korrelyasiya müəyyən olunmuşdur bu faktorlar üzərində geniş tədqiqatlar vardır. İQ indeksi iqtisadi inkişaf indeksi ilə düz mütənasib asılılıqdadır. İQ indeksi yüksək olan ölkələrin hamısında yüksək inkişaf müşahidə olunur. Çünki, iqtisadi inkişafın mənbəyində birinci növbədə təhsil və elm durur. İQ indeksi hazırkı şəraitdə daha böyük əhəmiyyət kəsb edir, çünki, indi artıq bütün sahələrdə istehsal və ticarət tamamilə rəqəmsallaşır, rəqəmsallaşma isə özü tamamilə elm deməkdir, elmin özülünü təşkil edir.
4. Məsələ burasındadır ki, dindarlıq iqtisadi inkişafa bir neçə aralıq amillər vasitəsilə təsir edir. Bunlardan ən mühümü və başlıcası inkişafın əsas amili olan elmin inkişafının qarşısının alınmasıdır. Tarix boyu dinlə elm antoqonist ziddiyyətdə olmuşdur. Bu ziddiyyətlər xristianlıqda, iudaizmdə və həmçinin başqa dinlərdə orta əsrlərdən başlayan islahatlarla xeyli yumşaldılmışdırsa, islamda çox güclü təsirə malik olaraq qalır. İslam dünyəvi təhsili və elmi, ümumiyyətlə, qadağan edir. Bu bir neçə səbəblərlə əlaqədardır. İslam işğalçı bir dindi və bütün prinsipləri işğal üzərində və işğal üçün formalaşmışdır. Hər zaman belə sual ortaya çıxır: nə üçün başqa səmavi dinlərdə islahatlar mümkün oldu və bu dinlərin daşıyıcıları inkişafa nail ola bildilər, amma islamda belə islahatlar ciddi etirazla qarşılanır? Bu sualın da cavabını həmin dinlərin formalaşma xarakterində axtarmaq lazımdır. Əgər iudaizm və xristianlıq liderlərin (peyğəmbərlərin) öz xalqlarını yadellilərin işğalından azad edilməsi üzərində qurulubdursa, islamda tam əksinə, bütün digər xalqları işğal altına almaq prinsipləri və ideologiyası əsasında formalaşmışdır.
5. Digər tərəfdən, işğal altına alınan xalqı savadlandirmaqla onları əsarətdə saxlamaq mümkün deyil. Əgər əsarətdə olan bir xalqa təhsil verirsənsə, bu insan mütləq öz hüquqlarını bir gün anlayacaq və azadlıq tələb edəcək. Ona görə İslam ölkələrində həmişə savadsızlığın tərəfdarları daha çox olmuşdur. Savadsızlıq isə inkişafın da qarşısını almaq üçün ən yaxşı vasitədir. Bu qanunauyğunluq da bütün ölkələrdə təzahür olunur.Amma başqa sual da ortaya çıxa bilər. Dünyəvi sistemi qəbul edən müsəlman ölkələrində dindarlıq bu ölkələrin inkişafına necə təsir edə bilər? Cavab yenə də islamın işğalçılıq xarakteri ilə əlaqədardır. İşğal başlayanda yerlərdə ərəblərdən və ya yerli ərəb xarakterli şəxslərdən təyin olunan rəhbərlərə qarşı üsyanlar qaldırılırdı. Bu üsyanları yatırtmaq çox ağır və böyük məsrəflərə başa gəlirdi. Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməyə başlanıldı. Rəhbərlərə Allah və ya peyğəmbər funksiyalarının verilməsi, rəhbərlərin açıq tənqiddən və ya şikayətdən tamamilə ayrı qalması, bütün məsələlərin bir yalnız rəhbərin iradəsi ilə həll olunması, təhsilin, dünyəvi elmin kəskin surətdə qadağan olunması kimi ayələr ortaya çıxarıldı. İslamda rəhbərə verilən böyük səlahiyyətlər dünyəvi dövlətlərdə, hətta ateist rəhbərlərinin çoxunu belə bu üstünlüklərdən çəkindirə bilmir Qeyri demokratik seçki, bütün seçilənlərin yalnız rəhbərin icazəsi ilə baş tutması, rəhbərinseçkiyə total qarışması, məhkəmələrin rəhbərin iradəsindən kənar hər hansı qərarın qəbul oluna bilməməsi iqtisadiyyata, inkişafa ölümcül zərbə vurur.
6. İşğal əhalisinin təhsil verilməsi, təhsilin keyfiyyətinin qaldırılması, insanların iqtisadi cəhətdən azad olması ictimaiyyətin hüquqlarının anlaşmasına gətirib çıxardığına görə bu sahədə də məhdudiyyətlərə şərait yaradır, intellektual səviyyənin kütləvi düşməsinə, səmərəsiz qərarların qəbul edilməsinə, səhvlərə və geriliyə səbəb olur. Bunun nəticəsidir ki, dünya ölkələri arasında bütün sıralamada (elm, təhsil, səhiyyə, azadlıq, sərbəstlik, korrupsiyaya qarşı mübarizə və s) ilk 50-60 yerdə müsəlman ölkələri görünmür, amma sonuncu yerlərdən 70-80%-i müsəlman ölkələridir. İnkişaf göstəricilərinin müasir ümumiləşdirici göstəricisi kimi İQ indeksini götürmək ən səmərəli nəticə verə bilər. Çünki, bütün inkişaf insan faktoruna bağlıdır, insanı isə İQ indeksindən yaxşı xarakterizə edən başqa gösərici yoxdur. Yuxarıdakı cədvəldən də göründüyü kimi, İQ indeksi iqtisadi inkişafla düz mütənasib, dindarlıqla isə tərs mütənasib asılılıqdadır. İQ indeksinə görə dinlər arasında ən aşağı səviyyədə olanlar müsəlman ölkələridir. Ümumiyyətlə, İD indeksi 199 ölkə üzrə 57 ölkədə 90 bal və daha yuxarıdı (mütəxəssislər tərəfindən 90 bal və yüksək inkişaf üçün məqbul sayılan minimumdur), birinci yeri tutan Yaponiyada 106,48, sonuncu yeri tutan Nepalda isə 42,99 baldır. Bütün müsəlman ölkələrində İQ indeksi 90 baldan aşağıdır, o cümlədən, İraq 61-ci yerdə 89,28 bal, Malaziya 73-cü yerdə 87,58 bal, Türkiyə 77-ci yerdə 86,8 bal, BƏƏ 106-cı yerdə 82,5 balla zəruri baldan xeyli aşağıdır. (//worldpopulationreview.com/country-rankings/average-iq-by-country). Aşağı intellekt əmsalı zəif seçim, zəif qərarlar, zəif inkişaf, zəif təkamül və s. deməkdir.
Nəticə bu sahədə də islahatların aparılmasını, xüsusilə, islam dininin daşıyıcılarının dünya miqyasında baş verən bu qanunauyğunluqları nəzərə almasını tələb edir.
Dərin hörmətlə, i.e.d., prof. Saleh Məmmədov
Gununsesi.info