Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Qarabağdakı son vəziyyətlə bağlı bəyanat verib.
Komissarın ofisindən Gununsesi.info -ya göndərilən məlumata görə, Miyatoviç bölgədə yaşanan olayları yaxından izlədiyini bildirib.
“Azərbaycanın son hərbi hərəkatı və ondan sonra bölgə üzərindəki nəzarəti təmin etməsinin ardından 1 oktyabr 2023-cü il etibarı ilə aralarında yaşlılar və digər müdafiəsiz qruplar da daxil olmaqla, 100843 Qarabağ ermənisi evlərindən qaçaraq qonşu Ermənistana sığınb. Bir neçə dəfə vurğuladığım kimi, bu son sınaq 2020-ci ildən bəri məruz qaldıqları silahlı düşmənçiliklərin humanitar və insan haqları baxımdan yaratdığı nəticələrlə yanaşı, son 9 ayda daha da ağırlaşıb”.
Miyatoviç iddia edib ki, Laçın dəhlizi boyunca hərəkətin uzun müddətli fasiləyə uğraması təməl xidmət, enerji və mal tədarüklərində ciddi qıtlıqlar yaradıb.
“Bu çərçivədə Ermənistan yetkililərinin BMT-nin Köçkünlər üzrə Ali Komissarlığı və digər BMT qurumları və mülki əhalinin dəstəyi ilə ehtiyac sahibi hər kəsi qısa vədədə qorumaq və onlara yardım etməklə bağlı cəhdlərini məmnuniyyətlə qarşılayıram”, – deyə AŞ-nin komissarı vurğulayıb.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç açıqlamasında Azərbaycan rəsmilərinin Qarabağ bölgəsində yaşayan insanları yenidən reinteqrasiya etməyi hədəfləyən bir sıra siyasi, idari və iqtisadi tədbirlər başlatdığını bildirib.
“Bu baxımdan, Azərbaycan hökumətini Qarabağ bölgəsində qalan etnik ermənilərin bərabər davranış görmə və şiddət, qorxutmaq və nifrətdən qorunmaq haqları da daxil olmaqla, təhlükəsizliyini və insan haqlarına hörmət göstərilməsini zəmanət altına almağa çağırıram. Yaralı və ya tibbi qulluğa möhtac adamlar, yaşlılar, qadınlar və uşaqlar kimi həssas qrupların, özəlliklə qorunması gərəkdir”.
Miyatoviç vurğulayıb ki, yetkililər, həm də evlərinə təhlükəsiz və qürurlu bir şəkildə dönmə haqqı da daxil olmaqla, ayrılanların haqlarına tam hörmət göstərilməsini təmin etməlidir.
“Humanitar yardımçıların, beynəlxalq insan haqları missiyaçılarının mövcud şərtlərdə təsirlənən bütün bölgələrə və insanlara azad və əngəlsiz əlçatımın təmin edilməsi böyük önəm daşıyır. Bu çərçivəd,ə yaxın zamanda Qarabağ bölgəsinə yönləndirilən BMT missiyasına diqqət etmək istəyirəm. İnsan Haqları Komissarı olaraq mövcud insan haqları problemlərinin aşılmasına yardımçı ola bilmək üçün işim istiqamətində Ermənistan və Azərbaycandan aidiyyatı olan bütün tərəflərin iştirakını təmin etməyə davam ediəcəm”.
Miyatoviç açıqlamasının sonunda yaxın zamanda Ermənistana gedəcəyini ifadə edib.
Arzu