Dünyada koronavirusa yoluxanların sayı 43 milyonu ötdü

  • By admin
  • 25 Oktyabr 2020 14:33

Dünyada koronavirusa yoluxan 31 709 367 nəfər sağalıb, 1 155 558 nəfər isə virusdan ölüb.

Gununsesi.info xəbər verir ki, indiyədək 43 004 049 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, son 1 həftədə dünyada daha 3 milyon nəfərin koronavirusa yoluxduğu müşahidə olunub.

Ən çox yoluxma halları ABŞ (827 932), Hindistan (866 740) və Braziliyada (381 224) qeydə alınıb.

Qeyd edək ki, oktyabrın 24-nə olan məlumata görə, Azərbaycanda indiyədək 49 013 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 41 051 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 664 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 359 784 nəfər yoluxub, 313 093 nəfər sağalıb, 727 nəfər ölüb. Rusiyada indiyədək 513 877 nəfərdə koronavirus aşkarlanıb, onlardan 138 522-si sağalıb, 26 050-si ölüb. İranda isə 562 705 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 32 320 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 28 431-ə çatıb. Onların 10 767-si artıq sağalıb, 201i isə vəfat edib.

Ermənistanda indiyədək 77 837 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 50 908 nəfər sağalsa da, 180 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Gununsesi.info