Dünyanın ən çox tələbat olan geyim brendi açıqlandı

  • By admin
  • 29 Oktyabr 2020 16:15

Dünyanın ən çox tələbat olan geyim brendi yenə də İtaliyanın “Gucci” moda evidir.

Gununsesi.info “Lyst”ə istinadən xəbər verir ki, geyim istehlakçılarının davranışını təhlil edən araşdırma müəllifləri cari ilin üçüncü rübünün nəticələrinə əsasən bu qənaətə gəliblər.

Sonrakı yerləri İtaliyanın “off-White” küçə tərzi geyimlər istehsalçısı, ikinci rübün lideri olan ABŞ-ın “Nike” brendi tutub.

“Top-10″da habelə ardıcıl olaraq “Prada”, “Balenciaga”, “Fendi”, “Versage”, “”Saint Laurent”, “Bottega Veneta”, “Valentino” kimi məşhur brendlər yer alıb.

 

 

Gununsesi.info