DYP Qurban bayramı ilə bağlı sürücülərə müraciət etdi

  • By admin
  • 08 İyul 2022 09:35

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə bağlı sürücülərə müraciət edib.

Gununsesi.info xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bayram günlərində yol polisi gücləndirilmiş qaydada xidmət göstərəcək.

“Dəyərli xalqımız islam dünyasının böyük rəğbətlə qeyd etdiyi, hər bir müəsəlman üçün əziz olan Qurban bayramınızı təbrik edir və bu bayram günlərinin təhlükəsiz şəraitdə keçirilməsini arzu edirik.

Bayram günlərində bir sıra yol hərəkəti qaydalarınıda unutmamağı, əsasən yolların hətəkət istiqamətlərinin zəbt edilərək dayanma durma tələblərini pozmamağı və digər vətəndaşlarımızın rahat və fasiləsiz hərəkətlərinə maneyə yaratmamağı, uzaq məsafələrə isə səfərlər zamanı yuxu və istirahət rejimlərinə əməl etməyi, səfər öncəsi avtomobillərinizin sazlığına diqqət yetirməyi xahiş edirik!

Hər birinizin rahatlığının təmin olunması üçün bütün bayram günləri xidmətimizi gücləndirilmiş qaydada təmin etməyimizin bir məqsədi var oda Sizin təhlükəsizliyinizin yüksək səviyyədə təmin olunmasıdır. Bir daha hər birinizə xoş istirahətlər və neqativ hallarla yadda qalmayan bayram arzu edirik!”, – A.Əsgərli qeyd edib.

Gununsesi.info